Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
28 fevral 1993-cü il terroru nəticəsində 11 nəfər həlak oldu, 18 nəfər yaralandı Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmişdir.
Təəssüf ki, hələ də nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlər erməni terror təşkilatlarının törətdikləri vandal aktlara ciddi münasibət bildirməmiş, terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirməmişlər.
Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir.
Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.
Çox təssüf ki. bu gün sivil dünyamızda terrorçuluq əməlləri törədilir. Tarixdən bəllidir ki, 1883-cü ildə İrəvan şəhərinin 18.
766 nəfər əhalisinin 15. 992 nəfəri, 1866-cı ildə isə 27. 246 nəfərindən 23. 626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur.
Böyük Ermənistan yaratmaq xülyasında olan ermənilərin həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir.