İnsanlığın öldüyünü göstərən hadisə: İtlərin hücumuna məruz qalan şəxsə heç kəs kömək etmədi

06.01.2025

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanlığın öldüyünü göstərən hadisə: İtlərin hücumuna məruz qalan şəxsə heç kəs kömək etmədi

Türkiyənin ən mühüm problemlərindən biri də şübhəsiz ki, sahibsiz itlərdir. Bunun son nümunəsini Ankarada qeydə alınan görüntülərlə bir daha gördük.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cib telefonunun kamerası ilə çəkilən görüntülərdə vətəndaş yolda gedərkən bir sürü itin hücumuna məruz qalır.

Bu zaman vətəndaşlar öz gücləri ilə hücuma müqavimət göstərməyə çalışarkən, maşınları ilə yoldan keçənlərin dayanıb kömək göstərməməsi videonu izləyənləri kədərləndirdi.

İzləyicilər "İnsanlıq öldü" və buna bənzər şərhlər yazdılar.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью