Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bilgəh" sanatoriyasından gəldiyim bir neçə gün idi. Orada olduğum günlərin təəssüratlarını yaddaqalan etmək, işıqlandırmaq həvəsinə düşdüm. "Cənnətin qapısı" yazım beləcə yarandı. Yenisəs.az saytında dərc olundu. Əlbəttə, buna görə gözəl insan, jurnalist qardaşımız Əbülfət Mədətoğluna minnətdaram. Orada olanda rəhbərlik dəyişmişdi. Təzə baş həkim cavan, alim olsa da, sadə insanlardan biri idi. Hətta onunla istirahətçilərin təşkil olunmuş görüşündə iştirak edərək, ünvanına xoş sözlər demişdi. Odur ki ona zəng edərək belə bir yazının dərc olunduğunu çatdırdı. Razılıq edərək sevincək halda ona hədsiz minnətdarlığın bildirdi. Bu arada müalicə həkimi İradə Mehdiyeva yadına düşdü. Ona da bildirəndə dedi:
— Müəllim, sizdən burada bir nəfər var. Mənim pasiyentimdir. Qəribə bir adı da var: Qutan. Tanımırsan ki?
Doğrusu, belə bir adam haqqında eşitmişdi. Ancaq kimliyini, nəçiliyini bilmirdi. "Tanımıram" demək də yaxşı çıxmazdı. Bəlkə də, elə kişi yanında idi. Odur ki əlacsız qalıb dedi:
— Hə, belə bir adam haqqında eşitmişəm... Tanıyıram...
— Çox yaxşı... Buradadı, istirahətdədi, müalicə olunur.
— Çox yaxşı, salam deyin...
Yaxşı ki, həkim xanım söhbəti çox da uzatmadı. Dərhal axtarışa başladı. Dedilər ki, bu "Kürdəmir" şadlıq sarayının rəhbəri olacaq. Doğrusu, həmin şadlıq evində bir neçə dəfə xeyir işdə olsa da, onunla görüşə bilməmişdi. Həm də dedilər ki, bizdəki VVAQ şöbəsinin müdiri Nəriman müəllimin atasıdır.
Həmin gündən bir neçə gün sonra TƏBİB-in yerli nümayəndəsi — Mərkəzi Xəstəxananın direktoru Elçin həkimlə görüşmək üçün oraya səfər etmişdi. Həkim ilk görüşdən onun üçün yaddaqalan, səmimi, şair təbiətli bir insan kimi unudulmaz olmuşdu. Kürdəmir ədəbi birliyinin rəhbəri kimi bu görüş heç də pis olmazdı. Elə bu dəfə dəsəmimi söhbətləri oldu. "Notariusun xatirələri" kitabım ona verilmişdi. Söhbət zamanı dedi:
— Hökmən oxuyacağam. Belə nəşrləri çox sevirəm.
Həkimdən ayrılandan sonra yaxınlıqdakı uşaq bağçasına baş çəkmək fikrində idi. Bağçalarda uşaqların əl işləri, çəkdikləri şəkillər xüsusilə onu maraqlandırardı. Belə sərgilər isə az-çox əksər bağçalarda olur. Bu uşaq bağçası isə ona əziz bir yer idi. 1995-ci ildə orada onunla görüş keçirilmişdi. Onda oranın direktoru Gülsüm Dadaşova idi. İndi Bakıda yaşayırdı. Arada telefonunu tapıb, onunla zəngləşmiş, həmin tədbirin video-yazısının YouTube-da olduğunu demişdi. Çox sevincək halda razılıq etmiş, ondan kitablarından istəmişdi. O da bağça, onun üçün kitablar təşkil edib vermişdi. Ona münasib olan, ona telefon nömrəsini verən gəlin, həmin kitabların hökmən ona göndərəcəyini demişdi. Bir neçə gün sonra Gülsüm xanım zəng çalaraq kitablara görə minnətdarlığını bildirdi.
"Kürdəmir" şadlıq sarayı ora yaxın bir yer idi. Orada olanda mühafizəçidən soruşdu:
— Rəhbərlikdən kimsə var burada?
— Bəli, müəllim, — deyə o, ağ plastmas qapılı otağı göstərdi.
Mən qapını döyüb, açaraq içəri girəndə orta yaşlı bir kişinin stol arxasında əyləşmiş halda hesabat sənədləri ilə məşğul olduğunu görərək, ona müraciətlə dedim:
— Gəlmək olarmı?
— Buyurun... — Onun səsi sanki güclə eşidildi...
— Salaməleyküm...
— Salam...
— ...
— Əyləşin...
— ...
— Eşidirəm...
Bu adamla görüşsələr də, onun soyuq münasibəti onu təsirləndirən kimi oldu. Əyləşsə də, dilləndi:
— Bu yaxınlarda "Bilgəh" sanatoriyasında idim. Gələndən sonra müalicə həkimim İradə xanım Qutan adlı yerlimi tanıyıb-tanımadığımı soruşdu. Əlacsız qalıb dedim ki, tanıyıram...
Bu an həmin adam təsirlənən, canlanan, gülümsəyən kimi olub dedi:
— Yox... O adam mən deyiləm...
— Belə deyin...
— Ancaq belə bir adam var...
— Buranın rəhbəridi?
— Bəli.
— Nəriman müəllimin atası olduğunu deyirlər.
— Düzdür...
Bu günlərdə "ASAN xidmət"də olanda, Nəriman müəllimlə görüşəndə də bu barədə söhbətləri olmuşdu. İndi odur ki həmin adamdan soruşdu:
— Onu görə bilərəmmi?
— Bəli... — dedi.
Mən isə hələ də bu pərtlikdən qurtarmamışdım. Həmin adam tərəfə ötəri baxanda onun üz cizgilərinin ona tanış gəldiyini hiss etdi, duydu. Soruşdu:
— Bağışlayın, bəs siz kimsiniz?
Müsahibim dilləndi:
— Hacıoğlan...
Bu an nə vəziyyətə düşdüyünü anlayın. Otuz ildən artıq idi ki, onu görmürəm. İllər insanı necə də dəyişərmiş. Canlara dəyən yaraşıqlı, qabiliyyətli, təvazökar bir oğlan idi o... İndi mənim kimi xeyli kökəlmiş, ətə-qana dolmuşdu. Dərhal ona tərəf əl uzadıb, bir daha görüşərək dedi:
— Bağışla... Tanımamışam...
— Allah bağışlasın... Haradan tanıyacaqsan ki... Gör aradan neçə illər keçib.
— Çox şükür ki, müharibəyə az-çox son qoyuldu, qələbəəldə elədik.
— Əlbəttə ki...
O, arada dedi:
— Mən sizinlə hüzürdə görüşmüşəm.
Heyrətlənmiş halda soruşdu:
— Nə vaxt?! Kimin hüzüründə?
— Qohumunuzun...
— ...
— Ofeliyanın yoldaşının...
— Hə, bibim oğlu Əlimusanın hüzüründə...
Soruşdu:
— Yoxsa əvvəl sən də məni tanımadın?
— Yox, tanıdım...
— Bəs niyə kimliyini bildirmədin?
— Bildirəcəkdim...
Məlum oldu ki, onların qohumluq əlaqələri var. Hacıoğlan da burada icraçı direktor vəzifəsində işləyir. Müasir dillə desək administrator...
Hacıoğlan, Kürdəmir şərab zavodunun direktoru işlədiyi, rayon Sovetinin deputatı olduğu 70-80-ci illərdə o da rayon fəallarından sayılırdı. Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri idi. Məqalələri, hekayələri vaxtaşırı olaraq rayon, respublika qəzetində dərc olunardı. Özü də tədbirlərdə xüsusi fəallıq göstərər, çıxışlar edərdi. Yolu "Şərabzavod"a düşəndə həmişə hörmətlə qarşılanar, qayğı iləəhatə olunardı.
Onun özü içkiyə bir o qədər aludə olmasa da, Bakıda yaşayan qaynı Rəfael yemək-içməyə meyilli idi. Bir gün də ona spirt aldırdı. O da Hacıoğlana bildirəsi oldu. Dedi: "Müəllim, heç bir problem yoxdur. Adam göndər gəlib aparsın". Belə də oldu. On litrlik plastmas kanistrdə idi. Onu tanış sürücü ilə Bakıya göndərəsi oldu.
Bunu eşidəndə qayınatası Seyfəddin kişi bir dilxor oldu ki... Hətta ona dedi:
— İş tapmırsan da!..
— Nə edim, üz vurdu da...
— Bilirsənmi ki, onu tutsalar cəzası nədi?
— Hə... Az-çox məlumatlıyam...
— Yox... Sənə yaraşmır axı bu hərəkət...
Bəlkə də, ömrü boyu beləcə pərt vəziyyətə düşməmişdim. Haqlı sözə nə deyərdi. Dedim:
— Siz Allah, bağışlayın... Bir daha təkrar olunmaz.
Qayınatası çox səliqə-sahmanlı, qonaqpərəst bir kişi idi. Vaxtında orqanda — milisdə işləmişdi. Polis nəfəri, pasportstol rəisi... Sonra da Partiya Məktəbinin Moskva filialında oxuyub, ali təhsil almışdı, bir müddət rayon partiya komitəsində işləmişdi. Arada onu rayon Ticarət Birliyinə sədr göndərsələr də, nəticəsi yaxşı olmamışdı. Təmizliyindən, səmimiyyətindən istifadə edib, əyintiyə yol vermişdilər. Altı ay məhkum olunmuşdu.
Söhbət zamanı Hacıoğlan Şükürov 5 oktyabr 1947-ci il tarixində Kürdəmir rayonunun Qaraqocalı kəndində anadan olduğunu dedi. Atası Emin müəllim tarix müəllimi kimi onun oxuduğu Köhnəbazar kənd orta məktəbində işləmişdir. Həmin məktəbin 11-ci sinfini qurtarandan sonra 1966-cı ildə Xalq Təsərrüfat İnstitutuna daxil olmuşdur. İndi İqtisadiyyat Universiteti adlanır.
Sinif müəllimi Saməddin müəllim olmuşdu. Fənlərdən riyaziyyatı Abduləli müəllim daha çox sevdirmişdi. Şagird yoldaşlarından Heybəti, Təvəkkülü və başqalarını xatırlayır.
1970-ci ildə İnstitutu qırmızı diplomla bitirərək Azərittifaq sisteminə təyinat aldı. Bir il ticarət işləri ilə məşğul olaraq Mirəli Həsənov kimi insanlarla işlədi. Hərbi xidmət illəri Rusiya Federasiyasının Primorski vilayətində keçdi. Ussuriya şəhərində motorlaşdırılmış polkda artilleriya nişançısı idi. Yaxşı hörmət qazanmışdı. Hər sahədə yada düşür, sayılırdı.
1976-cı ildə təzə üzüm emalı zavodu tikildi. Şərabçılıq sovxozundan ayrıldı. Həmin zavodun direktoru təyin olundu. Ondan əvvəl bu işdə Əlisaab Abdullayev, Qismət Hacıyev işləmişdilər. Əlisaab Abdullayev barədə söhbət düşəndə dedi:
— O, uzunmüddətli həbs olunub, cəzasını çəkirdi də... Arada onun cəza çəkdiyi yeri dəyişdirirlər. Daha doğrusu, zona göndərirlər — Rusiyanın hansısa vilayətinə. Yolda — qatarda elə dünyasını dəyişir. Allah rəhmət eləsin. Təpərli adam olub.
İstər-istəməz onun yanına getdiyi günü xatırladı. Daha doğrusu, onda ADU-nun hüquq fakültəsinin tələbəsi idi. Atası Soltan, Əlisaab Abdullayevi o vaxtlar meliorasiya işləri gedəndə traktorçular briqadasının briqadiri olduğu vaxtlardan tanıyırdı. Onda o orada kolxoz sədri imiş.
Mənim sistemdə işə düzəlmək məsələmdən söhbət düşəndə deyibmiş: "Göndərərsiz yanıma... Çalışaram ona kömək edim". Ancaq bu görüş olsa da, bir nəticəsi olmadı. Sonradan rayon partiya komitəsinin birinci katibi Ruslan Ağayev göndərdi onu prokurorun yanına. Həyat yoldaşının dayısı oğlu Rafiqlə onun bacısı Aliyənin həyat yoldaşı, Taxıl tədarükü naziri İnqilab Şəmiyevin Politexnik İnstitutunda müəllim işləyən qardaşı Sovetlə qonşu idilər. O tapşırmışdı onu. Hər dəfə katibin yanına gələndə soruşurdu:
— Sən həmin oğlansan da?
— Bəli...
Prokuror "yekəxana"nın biri idi. Onu dinləyəndən, gəlişinin məqsədini biləndən sonra dilləndi:
— Mən kadr - otdeləm?!.
Hacıoğlan Şükürov 1996-cı ilə kimi Kürdəmir Şərab zavodunun direktoru vəzifəsində işlədi. O vaxtlar rayona təzə gəlmiş polis rəisinin qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq tutduğu vəzifədən kənarlaşdı. Həyat yoldaşı Həcər xanım bu ağır günlərdə həmişə ona təsəlli olub. Üç qız, bir oğul böyütdülər. Böyük qızları Eminbəyli Elnurə babasının davamçısı olub. Kürdəmir şəhər 6 saylı orta məktəbində tarix müəllimi işləyir. BDU-nu qırmızı diplomla qurtarıb. Ailəlidir.
Ortancıl qızı Əzimova Könül BDU-nu qurtarıb. Dil-ədəbiyyat müəllimidir. Həyat yoldaşı Vladivostokda ticarət işi ilə məşğuldur. Orada yaşayırlar.
Kiçik qızları Əzizə Xarici Dillər İnstitutunu qurtarıb. İngilis dili müəllimidir. Köhnəbazar kənd orta məktəbində işləyir.
Oğlu Ramil Xalq Təsərrüfat İnstitutunun İqtisadiyyat fakültəsini qurtarmışdır. Bizneslə məşğuldur. Bir sözlə, əsl mənada atası Hacıoğlanın davamçısıdır.
On nəvəli ailədirlər. O gün olsun ki, nəticələri olması münasibətilə onları təbrik edək. Gözəl şairimiz Xaqani bir vaxtlar necə də gözəl deyib:
Cahildir özünü tərif edənlər,
"Çox bilirəm" demə, bilsən dəəgər.
Həqiqi mənada Hacıoğlan Şükürov nəinki kəndi, rayonu, respublikamızın sakinləri üçün nümunə olan bir şəxsiyyət, insandı. Gizli deyil ki, Şərab zavodu direktorları o vaxtlar ən imkanlı adamlar olublar. Mənim qənaətimə görə bir nəfər də onun haqqında pis fikirdə olmaz. Hacıoğlan öz sadəliyi, alicənablığı, təvazökarlığı ilə həmişə başqalarına nümunə göstərilərdi. Əsl insanlıq budur...
O vaxtlar Şərab zavodunda fərqlənən, qızıl medal alan şərab nümunələri sərgilənirdi. Bir dəfə onlara baxanda dedi:
— Bizim məhsullardı da.
— Bəli... Allah Şustova rəhmət eləsin.
— Şustov kimdir?
— Bu barədə məlumatınız yoxdur?
— Az-çox var... Şərabçını deyirsiz də...
— Bəli... Onun lap fransız olduğunu deyirlər.
— Ola bilər.
— O vaxt payızda dünya şərabçıları Rusiyada cəmləşibmiş. Gürcüstana, Tiflisə gedəndə qatar Kürdəmir stansiyasında dayanır. Şustovun aldığı üzüm öz şəkərliliyi ilə çox xoşuna gəlir. Beləcə burada şərab istehsalına başlayır.
— Hə... Bu barədə eşitmişəm.
— Gözəl qələm sahibi Miri Xələfovun bu barədə geniş bir yazısı "İrəli" rayon qəzetində dərc olunmuşdu.
— Deyirəm də, oxumuşam...
XI əsrdə yaşamış Doğu Türküstanlı uyğur alimi, şairi dövlət xadimi, "Qutadqu-bilik" (1969) əsərinin müəllifi Yusif Balasaqunlu demişdir: "Təvazökar adama həmişə etibar var". Fransız yazıçısı Andre Bertenin sözləridir: "Həqiqi sadəlikdə dahilik möhürü var".
Deyirlər ki, arvadı böyük alim Eynşteyni pis geyindiyinə görə danladıqda, o demişdir: "Əhəmiyyətli olan pul deyil, paltarın içindəkidir". İngilis siyasətçisi Ceffri Fentonun fikridir: "Xoşbəxt olmaq üçün təvazökar olmaq lazımdır".