İnsayder Romano Ronaldunun PSJyə keçidi barədə məlumatı şərh edib | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsayder (xidməti mövqeyinə görə gizli məlumatlara çıxışı olan şəxs - red) Fabrisio Romano Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol komandasınınin hücumçusu Kriştianu Ronaldonun Fransanın PSJ klubuna keçəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
“Report”un məlumatına görə, bu barədə o “X”dəki səhifəsində yazıb.
"Xəbərlərə baxmayaraq, Kristianu Ronaldu PSJ ilə müqavilə imzalamaq üçün danışıqlar aparmır", - Romano sosial şəbəkədəki hesabında yazıb.
Ronaldu cari mövsüm 19 matçda iştirak edib, 16 qol vurub, üç məhsuldar ötürmə edib.
Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, Ronaldunun bazar dəyəri 12 milyon avrodur.
Bizim WhatsApp kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu