Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs olunub.
Lent.az-ın xəbərinə görə, 35 yaşlı Mahir Mehdiyev (şərti adla) “Instagram” sosial şəbəkəsində özünə məxsus “mehdiyev.005” profili ilə paylaşımların birinə nalayiq sözlər yazıb. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Fakt əsasında Mahir polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
M. Mehdiyev bildirib ki, həmin söyüşlü rəyi yazarkən sərxoş olub. O, əməlindən peşman olduğunu deyərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Mahir Mehdiyev 25 gün müddətinə inzibati qaydada həbs edilib.