Icma.az, Marja.az saytına istinadən bildirir.
Texnologiya nəhəngi ABŞ-ın Meta şirkəti, gələn aylarda Instagram, Facebook və WhatsApp istifadəçiləri üçün premium abunəlikləri sınaqdan keçirməyə başlayacaq.
Marja xəbər verir ki, yni abunəliklər, inkişaf etmiş süni intellekt imkanları da daxil olmaqla müxtəlif funksiyalara çıxış imkanı təmin edəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Plan çərçivəsində platformaların əsas xidmətlərinə çıxış pulsuz olaraq qalacaq.
Şirkət açıqlamasında “Yeni süni intellekt vizual yaratma alətləri ilə fikirlərinizi həyata keçirə biləcəksiniz” ifadəsinə yer verib.
Şirkət həmçinin dekabr ayında 2 milyard dollar qarşılığında aldığı Çin mənşəli süni intellekt firması Manus-u da abunəlik planlarında istifadə etməyi hədəfləyir.