“İnstagram” istifadəçilərinə yeni imkan: 1 paylaşım gəlir gətirəcək

17.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnstagram” məzmun yaradıcıları üçün yeni imkan təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, artıq ABŞ-dəki istifadəçilər "Amazon" məhsullarının keçidlərini birbaşa paylaşımlara və “Reels” videolarına əlavə edərək izləyicilərdən gəlir əldə edə biləcəklər.

Beləliklə, məhsul keçidlərini paylaşmaq üçün artıq profilin açıqlama hissəsindəki keçidlərdən istifadə etməyə ehtiyac qalmayacaq. Lakin bu imkan hələlik yalnız ABŞ-dəki məzmun yaradıcıları üçün nəzərdə tutulub. Sərfəli qiymətə məhsullar

Yeni xüsusiyyət vasitəsilə bir “Reels” videosuna 30-a qədər, adi paylaşıma isə 20-yə qədər məhsul əlavə etmək mümkün olacaq. "İnstagram" hər məhsul üzrə məzmun yaradıcısının əldə edə biləcəyi komissiya məbləğini də göstərəcək.

İzləyicilər məhsulun keçidinə toxunduqda birbaşa "Amazon" tətbiqinə yönləndiriləcəklər. Həmin keçidlər vasitəsilə edilən alış-verişlərdən məzmun yaradıcıları əvvəlki qaydada komissiya qazanacaqlar.

Əvvəllər “Reels” videolarında məhsulu işarələmək üçün həmin məhsulun “Meta”nın ticarət kataloqunda olması tələb edilirdi.

Məhsul keçidləri birbaşa paylaşımlarda yerləşdirildikdə, profilin açıqlama hissəsindəki keçidlərlə müqayisədə iki dəfə çox klik əldə edə bilər. “Meta” məzmun yaradıcılarının Amazon üzərindən qazandıqları komissiyadan heç bir pay götürməyəcəyini bildirib.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью