“Instagram” və “Facebook” dəyişir?

18.08.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


ABŞ-də 30 ştatın “Meta” şirkətinə qarşı açdığı məhkəmə işi üzrə proses başlayır. Ştatlar şirkətdən 1 trilyon dollardan çox təzminat tələb edir və “Instagram” və “Facebook”da “bəyənmə” saylarının, eləcə də sonsuz sürüşdürmə funksiyasının ləğv edilməsini istəyir.

“Bakupost” xəbər verir ki, ştatlar “Meta”nı uşaqların və yeniyetmələrin məxfilik hüquqlarını pozmaqda və sosial media platformalarından asılılığı artıran funksiyalardan istifadə etməkdə ittiham edir.

Ştatlar həmçinin yeniyetmələr üçün valideyn təsdiqinin tətbiqini, tövsiyə alqoritmlərinin dəyişdirilməsini, videoların avtomatik oynadılmasının dayandırılmasını və bəzi görüntü filtrlərinin ləğv edilməsini tələb edir.

“Meta” isə ittihamları rədd edir.

Məhkəmə ştatların tələblərini təmin edərsə, “Meta”nın ABŞ-də “Instagram” və “Facebook”un fəaliyyətində ciddi dəyişikliklər etməsi tələb oluna bilər.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью