İnstagramda nasazlıqlar istifadəçilər problem yaşayır

16.10.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Son 24 saat ərzində İnstagramla bağlı çoxsaylı şikayətlər qeydə alınıb. Məlumata görə, istifadəçilər əsasən tətbiqə daxil olmaq, paylaşım etmək və lentdə yenilənmə kimi problemlərlə üzləşiblər.

Ölkə.Az “Downdetector” platformasına istinadən xəbər verir ki, bu göstəricilər adi günlərdəki müraciət sayından xeyli yüksəkdir. Sayt yalnız o zaman insident qeydə alır ki, həmin vaxt üçün gözləniləndən daha çox problem barədə məlumat daxil olsun.

Hazırda “Meta” şirkəti tərəfindən rəsmi açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью