“İnstagram”ın yeni Video Redaktə Tətbiqi təqdim edildi | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnstagram” video məzmun yaradıcıları üçün yeni proqram olan “Edits”i təqdim etməyə hazırlaşır.
“Meta”nın bu yeni proqramı mobil telefonlardan peşəkar səviyyəli videolar yaratmağa imkan verən yaradıcı alətlərin tam dəsti kimi təqdim olunur.
Sfera.az bildirir ki, ABŞ-da “TikTok” və “CapCut”ın yaşadığı hüquqi problemlərdən sonra təqdim edilən yeni redaktə tətbiqi fevral ayında istifadəçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, Çinin ana şirkəti “ByteDance”in bir hissəsi olan “TikTok” sosial şəbəkə tətbiqi ilə mobil video montaj tətbiqi “CapCut” arasında hüquqi dava ABŞ-da davam edərkən, “İnstagram” prezidenti Adam Mosseri sosial şəbəkəsində yayımladığı videoda yeni hazırlanmış tətbiqi təqdim edib.
Sosial media hesabında Mosseri: “Hal-hazırda, internetdə 100% video redaktə proqramları var, amma nə olursa olsun, biz ən cəlbedici alətləri yaratmağı öz vəzifəmiz hesab edirik.
Bu, tək “Instagram” üçün deyil, bütün platformalar üçün, video çəkən hamınız üçün nəzərdə tutulub”- yazıb.
Mosseri “Edits”in sadəcə bir video redaktə vasitəsi olmadığını vurğulayaraq, tətbiqin mobil telefonlar vasitəsilə video yaratmağa imkan verən tam yaradıcı alətlər dəsti olaraq nəzərdə tutulduğunu bildirib.
Tam oxu
Xəbəri oxu