İnstaqram hesabınızı 1 saatlıq mənə etibar edin Video | Icma.az
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova instaqram istifadəçilərinə müraciət edib.
Axşam.az xəbər verir ki, iki dəfə instaqram səhifəsi bağlanan jurnalist geniş istifadəçi kütləsi olan şəxslərin hesabları ilə canlı yayıma çıxmaq istədiyini bildirib: "Azərbaycandakı geniş izləyici kütləsi olan instaqram istifadəçilərinə səslənirəm.
Vicdanlı insanlardan xahiş edirəm ki, biriniz instaqram hesabınızı 1 saatlıq mənə etibar edin.
Mən sizin instaqram hesabınız vasitəsi ilə canlı yayıma çıxmaq istəyirəm. Sizdən xahiş edirəm. Bu yolda bir məqsədim var.
Azərbaycan vətəndaşını diplomsuz, saxta həkimlərdən qorumaqdır. Qanuna kor olan, qanunsuzluqlardan qorumaqdır.
Çox xahiş edirəm, əgər özünüzdə inam, güc tapırsınızsa, 1 saatlıq instaqram hesabınızı mənə həvalə edin.
Bilirsiniz ki, mənim instaqram hesabım dondurulub. Ümid edirəm ki, bu gün və ya sabah geri alaram. Amma mənim səsimi kəsmək istəyənlər var.
Tam oxu
Xəbəri oxu