İnstaqramda ayda 400 min qazanır

31.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli müğənni Gülben Ergen sosial şəbəkədə yaratdığı ödənişli abunə sistemi ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl instaqram hesabında aylıq 79,99 lirəlik (təxminən 2 manat 86 qəpik) ödənişli abunəlik funksiyasını aktivləşdirib.

Gülben Ergen bildirib ki, bu sistem vasitəsilə izləyiciləri ilə daha səmimi və özəl ünsiyyət qurur. O, abunəçiləri üçün gündəlik həyatı ilə bağlı paylaşımlar etdiyini, sualları cavablandırdığını qeyd edib.

Məlumata görə, qısa müddətdə abunəçilərinin sayı 5 min nəfərə çatıb. Bununla da müğənninin aylıq qazancının təxminən 400 min lirəyə (təxminən 14 min 300 manat) yaxın olduğu iddia olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью