İnstaqramda bir reklam paylaşımını 2 minə edir

10.02.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkə hesablarından qazandığı məbləği açıqlayıb.

News24.az xəbər verir ki, "El canlı" verilişinə qonaq olan ifaçı sosial şəbəkələrdə aktiv olduğunu deyib:

"Yutubda 1 milyon 700 min izləyiciim var. 2019-cu ildə mənə "gümüş düymə", 2022-ci ildə isə "qızıl düymə" göndərilib.

İnstaqram səhifəmdə isə izləyicilərim hamınınkından çoxdur. 3 milyon 400 min izləyicim var. Təbii ki, məndə öz səhifəmdə reklam paylaşıram. İnstaqramda hekayə bölümündə reklamı 2000 manata yayımlayıram. Əslində səhifəm reklam yox, müğənni səhifəsidir. 4-5 aydan bir nəsə götürürəm. Geyim və ya başqa paylaşımları reklamla etmirəm. Hansısa şirkətin məhsulunu paylaşa bilərəm".  /Axşam.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью