İnstaqramda “dislike” düyməsi də aktiv olacaq

15.02.2025

Shownews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu barədə “TechCrunch” məlumat yayıb.

İnstaqramın baş direktoru Adam Mosseri “Threads” platformasındakı paylaşımında bəyənməmələrin sayının və şərhi kimin bəyənmədiyinin gizli qalacağını açıqlayıb.

O, həmçinin əlavə edib ki, gələcəkdə şərhlər sıralanarkən bəyənməmələr nəzərə alınacaq. Yeniliyin əsas məqsədi şərhlərin keyfiyyətini artırmaqdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью