İnstaqramda hekayələr üçün yeni funksiya

19.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnstaqram paylaşılmış hekayələri 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.

“Qafqazinfo” xəbər verir ki, yeni funksiya istifadəçilərə paylaşım etdikdən sonra mətn, musiqi, stiker və rəsmləri dəyişmək imkanı yaradacaq.

Bunun üçün istifadəçi paylaşdığı  hekayəni açmalı, üç nöqtə menyusuna daxil olaraq “Edit story” seçimini etməlidir.

Redaktə zamanı paylaşımın əvvəlki baxışları, bəyənmələri və reaksiyaları silinməyəcək. Dəyişiklik edilən “Story”də isə “Edited” qeydi görünəcək.

Qeyd edək ki, indiyədək istifadəçilər paylaşımda səhv aşkar etdikdə onu silərək yenidən yerləşdirməli olurdular. Bu zaman əvvəlki baxış və reaksiyalar da itirdi.

Yeni funksiya mərhələli şəkildə istifadəyə veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью