GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Instagram” sosial şəbəkəsi öz mükafatı olan “Rings”i təsis edib.
Globalinfo.az xəbər verir ki, mükafat 25 ən yaxşı sosial media müəllifinə təqdim olunacaq.
Qaliblər moda və makiyajdan tutmuş idman və əyləncəyə qədər müxtəlif mövzuları və məzmun kateqoriyalarını təmsil edəcəklər.
Gələn il açıqlanacaq laureatlara dizayner Qreys Uels Bonner tərəfindən hazırlanan üzüklər təqdim olunacaq.
Həmçinin qaliblərin profil şəkilləri və hekayələrinin ətrafında qızıl üzük ikonları görünəcək.
Aysel Əliyeva Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.