Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Hazırda travmatologiya sahəsində ən çox rast gəlinən zədələr, əsasən, sümük sınıqları (xüsusilə aşağı ətraf sümükləri), yumşaq toxuma zədələnmələri, o cümlədən bağ, əzələ, sinir və yol nəqliyyat qəzaları ilə bağlı travmalardır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.
Qeyd edilib ki, cari ilin 10 ayı ərzində instituta travmalarla bağlı 24 minə yaxın müraciət daxil olub.“İnsanlar travma zamanı tez-tez müəyyən səhvlərə yol verirlər. Məsələn, travma baş verdiyi anda vaxtında tibbi yardım alınmaması zədənin daha da ağırlaşmasına gətirib çıxara bilər. Bəzən yanlış müdaxilələr - təhlükəli hərəkətlərə yol vermək, sümükləri düzgün şəkildə immobilizə etməmək və ya güclü ağrıya baxmayaraq, fəaliyyətə davam etmək vəziyyəti daha da pisləşdirə bilər. Eyni zamanda, qoruyucu tədbirlərin yetərincə görülməməsi travma riskini artırır. İş yerində, evdə və nəqliyyatda təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi xəsarətlərə səbəb ola bilər”,- deyə vurğulanıb.