İnsult keçirən İman Həsənovdan xəbər var FOTO

02.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov palataya köçürülüb.

Milli.Az bildirir ki, bu barədə Report-a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.

O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:

"Atamı bu gün palataya köçürdülər. Şükürlər olsun ki, vəziyyəti yaxşıya doğru gedir. Hazırda ayağını hərəkət etdirə bilir. Sağ əli və nitqi düzəlməyib. Həkimlər tez bir zamanda vəziyyətinin tam olaraq yaxşılaşacağını bildiriblər".

Qeyd edək ki, İman Həsəov beş gün öncə insult keçirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью