Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, müğənni Nazim Pişiyari işemik insult keçirib.
Sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb:
“Dünən mağazadan çıxanda halı pisləşib yıxılıb. Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir”.
K.Həsənli N.Pişiyarinin bir müddət əvvəl əməliyyat olunduğunu deyib:
“Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi”.