Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Xolesterin qaraciyərdə sintez olunan və qanda dövr edən yağ növüdür.
Xolesterin öd turşularının, qalxanabənzər vəzi, kişi, qadın hormonlarının və D vitaminin əmələ gəlməsində iştirak edir. Lakin xolesterinin miqdarı normadan artıq olduqda damarların divarında yığılaraq sağlamlıq üçün təhlükə yaradır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, normadan artıq xolesterin damarların daralmasına, elastikliyinin azalmasına və tədricən tutulmasına səbəb olur. Bu da öz növbəsində hipertoniya, insult, infarkt və böyrək çatışmazlığı riskini artırır.
Qanda xolesterin səviyyəsini normada saxlamaq üçün yağlı qidaları azaltmaq, duz istifadəsini minimuma endirmək, həmçinin tütün məhsulları və spirtli içkilərdən uzaq durmaq, fiziki aktivliyinizi artırmaq, qan təzyiqinə nəzarət etmək və müntəzəm olaraq qan analizləri vermək lazımdır.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin