İnsult xəstələri üçün vahid şəbəkə yaradılır FOTO | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin ilkin səviy
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki , bu istiqamətdə Yeni Klinikada İnsult mərkəzlərinin fəaliyyətinin mövcud normativ tələblərə uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə müvafiq mövzularda nəzəri və praktik sessiyalar keçirilib.
Təlimdə Salyan Rayon Mərkəzi Xəstəxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və Klinik Tibbi Mərkəzin həkim-nevroloqları, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər iştirak ediblər.
3 gün davam edən təlim çərçivəsində kəskin insultun təcili yardıma qədər və təcili yardım mərhələsində dəyərləndirilməsi, TPA (Toxuma Tipli Plazminogen Aktivatoru) müalicəsi, TPA sonrası qanamalara yanaşma, tromboektomiyaya hazırlıq və gec trombektomiya, “wake-up stroke” hallarında yanaşmalar, udma refleksinin qiymətləndirilməsi, eləcə də GUSS və FEES testləri mövzularında nəzəri biliklər təqdim edilib.
Bununla yanaşı, akut işemik insultda trombolitik müalicəyə dair praktik təlimlər də təşkil olunub.
Təlimlər Yeni Klinikanın İnsult mərkəzinin şöbə müdiri, həkim-nevroloq Minarə Çərkəzzadə, həkim-nevroloqlar Könül Əhmədova, Xəyalə Ağamirzəyeva, Səbinə Tağıyeva, Ülkər Mirzəzadə, Münəvvər Muxtarova, həmçinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Fəxriyyə Quliyeva və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Aysel Həsənova tərəfindən keçirilib.
Sonda TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərovun təlim iştirakçıları ilə görüşü keçirilib.
Tam oxu
Xəbəri oxu