Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neyrocərrah Edqardo de Xesus Mateo insultdan əvvəl müşahidə oluna bilən üç əlamət barədə xəbərdarlıq edib. Həkim bu simptomlar yarandıqda mütləq tibbi yardıma müraciət etməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
Mateonun sözlərinə görə, həmin əlamətlərdən biri zaman keçdikcə şiddətlənən və ağrıkəsici dərmanların təsiri ilə keçməyən güclü baş ağrısıdır.
Bundan əlavə, insultdan əvvəl halsızlıq və zəiflik, eləcə də başgicəllənmə müşahidə oluna bilər. Həkim xüsusilə başgicəllənmənin təkbaşına deyil, digər nevroloji simptomlarla birlikdə yaranmasına diqqət çəkib.
Həkim insultun sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini də vurğulayıb.
“İnsult hallarının əksəriyyəti işemik və hemorragik xarakter daşıyır. İşemik insult hərəkətsizliyə, bədənin bir tərəfində iflicə və nitqin pozulmasına səbəb ola bilər. Buna görə belə hallarda xüsusi diqqət tələb olunur”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl dietoloq Nuriya Dianova infarktdan qorunmaq üçün qidalanmada emal edilmiş ət məhsullarının məhdudlaşdırılmasını tövsiyə edib.
Xədicə BAXIŞLI