İnsultdan sonra səhnəyə qayıdan Xalq artisti İlham Əsgərov | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. 6 sentyabr Xalq artisti İlham Əsgərovun anım günüdür.
Kulis.az bu münasibətlə aktyorun həyat və yaradıcılığı barədə maraqlı faktları təqdim edir.
İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunda anadan olub.
1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.
2010-cu ildə beyin insultu keçirib və şəkər xəstəliyindən əziyyət çəkib. Buna baxmayaraq, sənət fəaliyyətini davam etdirməyə çalışıb.
İlham Əsgərov həm klassik, həm də müasir tamaşalarda müxtəlif obrazlar yaratmaqla tanınıb.
Tam oxu
Xəbəri oxu