İnsultdan sonra təhlükəli ola biləcək qidalar

04.09.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsult keçirən şəxslərdə udma problemi geniş yayılıb. Bu isə bəzi qidaların qəbulunu təhlükəli edə bilər.
Demokrat.az
xəbər verir ki, həkim Karlos Ruis Eskudero “Infosalus”a açıqlamasında insultdan sonra qidalanma ilə bağlı mühüm məqamlara diqqət çəkib.
Onun sözlərinə görə, insult keçirən xəstələrin təxminən 67 faizində udma çətinliyi müşahidə olunur. Belə hallarda qidanın tənəffüs yollarına düşməsi ciddi risk yarada bilər.
Ruis Eskudero xüsusilə çox bərk qidalardan, həmçinin kartof qızartması, tost kimi quru və qırıntılı məhsullardan uzaq durmağı tövsiyə edib.
Bundan əlavə, müxtəlif teksturalı qidaların eyni vaxtda qəbul edilməsinin də udma problemi olan insanlar üçün çətinlik yarada biləcəyi bildirilib. Qoz-fındıq, toxum, yapışqan qidalar və liflə zəngin bəzi məhsulların qəbulunda da ehtiyatlı olmaq məsləhət görülür.
Eskuderonun fikrincə, insultdan sonra qidanın hamar və kifayət qədər nəmli teksturaya malik olmasıdaha təhlükəsizdir. Qidada iri hissəciklərin, uzun liflərin, toxumların, sümüklərin və qabıqların olmaması tövsiyə edilir.
Qeyd edək ki, insultdan sonra qidalanma qaydaları insanın vəziyyətindən asılı olaraq dəyişə bilər. Udma problemi olan şəxslər qida rasionunu həkim və ya loqopedin tövsiyəsi əsasında müəyyənləşdirməlidirlər.
Jalə
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью