Icma.az, Medicina portalına istinadən məlumat yayır.
İnsult hər zaman qəfil baş vermir. Dr. Jerald Kirzekin sözlərinə görə, bəzi xəbərdaredici əlamətlər yuxu zamanı və ya oyandıqdan sonra özünü göstərə bilər.
Medicina.az xəbər verir ki, həkim güclü xoruldama və nəfəsin dayanması, oyanarkən çaşqınlıq və nitq pozğunluğu, səhər baş ağrıları, bədənin bir tərəfində keyimə və ya zəiflik, həmçinin gecə ürəkdöyünməsinin insult riskinin artdığını göstərə biləcəyini bildirib.
Həkim qeyd edir ki, bu əlamətlər müşahidə olunarsa, xüsusilə nitq pozğunluğu, üzdə əyrilik və ya qolda zəiflik yaranarsa, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır.
Mütəxəssislər insult riskini azaltmaq üçün qan təzyiqinə nəzarəti, alkoqoldan uzaq durmağı və ürək ritmində pozğunluq olduqda həkimə müraciət etməyi tövsiyə edirlər.
Xanım,
Medicina.az