İntensiv yağış Lənkəran küçələrini su altında qoyub

06.02.2025

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün yağan güclü yağış Lənkəran küçələrində gölməçələr yaranmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, küçələri basan yağış suları həm piyadaların, həm də avtomobillərin hərəkətinə maneə törədir.

Xatırladaq ki, bu gün saat 09:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Sözügedən videonu təqdim edirik:

View this post on Instagram

A post shared by @baku.ws_official

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью