“İnter” 11 il sonra A Seriyasında “Parma”nı evdə məğlub edib AZƏRTAC

07.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

Ötən gün İtaliya A Seriyasının XV turunda “Parma”ya qalib gələn (3:1) “İnter” 11 il sonra rəqibini doğma meydanda məğlub etməyi bacarıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Milan klubunun ölkə çempionatında “Parma” üzərində “Cuzeppe Meatsa” stadionunda sonuncu qələbəsi 2013-cü ilin aprelin 21-nə təsadüf edib. Həmin görüşdə “nerazzurrilər” 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında 2012-2013-ci illər mövsümündən sonra İtaliya A Seriyasında 5, ölkə kubokunda isə 1 matç keçirilib.

Simone İnzaqinin kollektivi İtaliya Kuboku çərçivəsində yalnız ötən il evdə keçirilmiş matçın əlavə vaxtında rəqibini 2:1 hesabı ilə məğlub edib. A Seriyasında reallaşan 5 oyunun 3-ü heç-heçə ilə yekunlaşıb. İki qarşılaşmada isə qonaqlar sevinən tərəf olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью