Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
"İnter" İtaliya Kubokunun finalında "Latsio" komandasına 2:0 hesabı ilə qalib gələrək mövsümün ikinci titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, Milan təmsilçisi daha əvvəl A Seriyasının da qalibi olmuşdu. Bununla “neradzurri” cari mövsümdə həm ölkə çempionatını, həm də İtaliya Kubokunu qazanmağa nail olub.
"İnter" sonuncu dəfə bir mövsümdə hər iki titulu 2010-cu ildə əldə etmişdi.
Müxbir - Cavid Əliyev