İnter 35 milyon avroya yeni müdafiəçi tapıb

18.11.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya A Seriya təmsilçilərindən "Atalanta"nın mərkəz müdafiəçisi İsak Xin "İnter"in hədəfinə çevrilib.

Apasport.az xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 2025-ci ildə müdafiə xəttini gəncləşdirməyi planlaşdırır.

Hazırkı İtaliya çempionları Xini transfer siyahılarına daxil ediblər. 25 yaşlı futbolçunun çıxışı "İnter"in baş məşqçisi Simone İnzaqi tərəfindən yüksək qiymətləndirilir.

Potensial transferin dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

İsak Xin bu mövsüm “Atalanta”nın heyətində 13 oyun keçirib. Mərkəz müdafiəçisinin hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
 

Osimhen Premyer Liqa yolunda Neymar “Santos” yolunda “Atletiko”dan Vitsel qərarı Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı, Almaniyadan darmadağın - YENİLƏNİB “Real”ın milli narazılığı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью