“İnter” argentinalı forvard alır İdmanXəbər

26.12.2024

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İnter” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Milan klubu “Bolonya”da çıxış edən Santiaqo Kastronu transfer etmək istəyir. “İnter” argentinalı forvardı gələn ilin yayında heyətinə qatmağa çalışacaq.

Futbolçu cari mövsüm meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью