“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya Superkubokunun finalına yüksəlib

03.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya Superkubokunun yarımfinal matçında "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, hər iki qolu Denzel Dumfris (49 və 61-ci dəqiqələr) vurub.

“İnter” İtaliya Superkubokunda ölkənin hazırkı çempionu kimi iştirak edir. “Atalanta” İtaliya Kubokunun finalçısıdır. İkinci yarımfinalda İtaliya Kubokunun qalibi “Yuventus” yanvarın 3-də ölkənin vitse-çempionu “Milan”la qarşılaşacaq. Final yanvarın 6-da baş tutacaq.

Son üç İtaliya Superkubokunu "İnter" qazanıb, komandanın ümumilikdə səkkiz titulu var. Bu göstərici üzrə rekordçu 9 dəfə kuboku qazanan "Yuventus"dur. “Milan” yeddi dəfə qalib gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью