“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır

27.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın “Sampdoriya” və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter” 18 yaşlı forvardla maraqlanır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Neradzurra”nın skautları Mezzoteronu yaxından izləyəcək.

Lorenso ötən ay Azərbaycanın əsas millisinə dəvət alıb. Lakin o, zədələndiyi üçün düşərgəni tərk edib və debütü alınmayıb.

Mezzotero bu mövsüm B Seriyasında 6 matçda 4 qol vurub.

“Neftçi”nin yetirməsi sayılan hücumçu 2025-ci ildən “Sampdoriya”nın formasını geyinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью