İnter Barselona ilə görüşün bilet satışından 14 milyon avro gəlir əldə edib

07.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnter" "Barselona" ilə oyuna bilet satışından 14 milyon avro qazanıb.

Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, bundan əvvəlki rekord da "İnter"ə məxsus olub.

Belə ki, "neradzurri" iki il öncə Çempionlar Liqasının yarımfinalında "Milan"la görüşdə bilet satışından 12.5 milyon avro qazanc götürmüşdü.

Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью