“İnter” “Barselona” ilə oyundan milyonlar qazanıb

09.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Çərşənbə axşamı Milanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində  keçirilən "İnter" - "Barselona" qarşılaşmasında yeni rekord qeydə alınıb. Sport24.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, matçı stadionda 75 504 tamaşaçı (onlardan 4 253-ü səfər tribunasında) izləyib.

Klubun bilet satışından təxminən 14,7 milyon avro qazandığı təxmin edilir. Bu, İtaliyada keçirilən oyun üçün indiyə qədər toplanan ən böyük məbləğdir.

Qeyd edək ki, bundan əvvəl rekord 2023-cü ildə Çempionlar Liqasının yarımfinalının cavab oyununda qeydə alınmışdı. Həmin vaxt  "neradzurri" Milan derbisində bilet satışından 12,5 milyon avro qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью