İnter Barselona matçı zamanı azarkeş infarkt keçirib

08.05.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının "İnter"lə "Barselona" arasında keçirilən yarımfinal mərhələsinin cavab matçı (4:3) zamanı azarkeşlərdən biri infarkt keçirib.

"Report"un “İl Fatto Quotidiano”ya istinadən məlumatına görə, hadisə görüşün bitməsinə 15 dəqiqə qalmış baş verib.

Təxminən 40 yaşlarında olan şəxs stadiondan çıxarkən huşunu itirib. Həkimlər dörd defibrilator şoku və kardiopulmoner reanimasiya tətbiq etdikdən sonra onun ürək ritmi bərpa olunub və xəstəxanaya aparılıb.

Həkimlər infarkt keçirən şəxsdə aşkar risk faktorları olmadığını, bunun ağır emosional stressdən qaynaqla biləcəyini açıqlayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalında "İnter" PSJ ilə üz-üzə gələcək. Qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью