İnter “Barselona” matçının hakim bilindi

04.05.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Çempionlar Liqasının yarımfinalın mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter" - “Barselona”  matçının hakim təyinatları açıqlanıb. 

QOL.az xəbər verir ki, görüşü Polşa Futbol Federasiyasından Simon Marçinyak idarə edəcək. Ona həmyerliləri Tomas Listkieviç və Adam Kupsik köməklik göstərəcək. 4-cü hakim funksiyasına slovakiyalı Pavel Raskovski təyin olunub. 

Dennis Higler (Niderland) VAR, Pol Van Bokel (Niderlnad) isə AVAR hakimi olacaq.

Qeyd edək ki, mayın 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью