İnter Barselona nı əliboş yola saldı

07.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

İtaliyanın "İnter" klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın "Barselona" klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.

BAKU.WS xəbər verir ki, görüş Milanda baş tutub.

"İnter"in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub.

"Barselona"nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib.

Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.

"İnter" finalda Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью