“İnter” Bastoninin qışda “Barselona”ya keçidinə qarşıdır

28.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnter”in futbolçusu Alessandro Bastoninin 2027-ci ilin yanvarında “Barselona”ya transfer olunması ehtimalı olduqca aşağıdır.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Milan təmsilçisi əsas futbolçularından birini mövsümün ortasında itirmək istəmir. Bastoni özü də bütün diqqətini hazırkı komandasının hədəflərinə yönəldib.

“Barselona” ötən yay 27 yaşlı müdafiəçini transfer etməyə çalışsa da, baş məşqçi Hans Flikin futbolçunun taktiki sisteminə uyğunluğu ilə bağlı tərəddüdləri səbəbindən keçid baş tutmayıb.

Son həftələrdə müdafiə xəttində yaşanan zədə problemləri Kataloniya klubunu yenidən mərkəz müdafiəçisi axtarışına vadar edib. Klubun idman direktoru Deko Bastoninin transferində xüsusilə maraqlıdır.

Vəziyyət 2027-ci ilin yayında dəyişə bilər. İtaliyalı futbolçunun “İnter”lə müqaviləsi 2028-ci ilədək qüvvədədir. Yeni müqavilə ilə bağlı danışıqlar isə ləng irəliləyir.

Tərəflər razılığa gəlməsələr, Milan klubu müdafiəçini satmaq variantını nəzərdən keçirə bilər. Bununla belə, “İnter”in Bastoni üçün təxminən 70 milyon avro tələb etməsi transferi çətinləşdirən amillərdəndir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью