İnter Beşiktaş ın hücumçusunu transfer etmək istəyir | Icma.az
Icma.az, Sportal.az saytına istinadən bildirir. "Beşiktaş"ın hücumçusu Ciro İmmobile İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "İnter" italyan forvardı transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"İnter" yayda Mehdi Taremi ilə yollarını ayırmağı planlaşdırır. A Seriyası klubu onun yerinə İmmobileni komandaya gətirməyə çalışacaq.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni mövsümün əvvəlində "Latsio"dan transfer edib.
35 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu