Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Marsel”in hücumçusu Luis Enrike karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məumatına görə, “İnter” 23 yaşlı braziliyalı ilə danışıq aparır. Mümkün transferin məbləği 30-35 milyon avro arasında olacaq.
Enrikenin hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə “Marsel”in heyətində 32 oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.