İnter braziliyalı müdafiəçi ilə müqavilə imzalayacaq

23.10.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İnter" müdafiəçi Karlos Auqustonun klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, İtaliya çempionu braziliyalı futbolçunun müqaviləsinin müddətini artıracaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Auqustonun klubla hazırkı anlaşması 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.27 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "İnter" Karlos Auqustonu 2023-cü ilin yayında "Montsa"dan transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью