İnter braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

12.05.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Milan "İnter"i 15 iyun - 13 iyul aralığında ABŞ-də keçiriləcək klublararası dünya çempionatı başlayana qədər yeni vinger transferini tamamlamaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "qara-göylər" "Olimpik Marsel"in braziliyalı futbolçusu Luis Enrikenin keçidini mümkün qədər tez reallaşdırmağı hədəfləyirlər. Mənbə Enrikenin artıq İtaliya nəhəngi ilə razılığa gəldiyini və illik 2,5 milyon avro maaş fonunda uzunmüddətli müqavilə bağlamaq variantına "hə" dediyini vurğulayıb. 

Qeyd edək ki, sözügedən cinah hücumçusu 2020-ci ildən "Olimpik Marsel"ə məxsusdur. 

Nihat 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью