İnter bu futbolçu ilə maraqlanır

17.01.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqreb "Dinamo"sunun 21 yaşlı yarımmüdafiəçi Petar Suçiç İtaliya A Seriyasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində "İnter" maraqlıdır.

“Neradzurri”nin nümayəndələri futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

Milanlılar Petarı yanvarda almaq və onu 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında "Dinamo"da saxlamaq istəyir.

Cari mövsümdə Suçiç 17 oyun keçirib. Yarımmüdafiəçi 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью