Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyanın “İnter” klubunda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, “İnter”ə azad agent statusunda qoşulub.
Stounz 2016-cı ilin yayından “Mançester Siti”də çıxış edib. Sözləşməsinin müddəti başa çatdığı üçün ötən mövsümün sonunda İngiltərə klubundan ayrılıb. Müdafiəçi Mançester təmsilçisinin heyətində bütün turnirlərdə 295 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
O, “şəhərlilər”lə altı dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə Kubokunu və Liqa Kubokunu, iki dəfə ölkə Superkubokunu, həmçinin bir dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
İngiltərə millisində 94 oyun keçirən Stounzun hesabında 3 qol və 4 məhsuldar ötürmə var. O, 2021 və 2024-cü il Avropa çempionatlarının ikiqat gümüş, 2026-cı il dünya çempionatının və 2019-cu il UEFA Millətlər Liqasının bürünc mükafatçısıdır.