İnter darmadağınla qalib gəldi

29.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnter" İtaliya A Seriyasında qələbə qazanıb.

Milli.Az xəbər verir ki, Milan təmsilçisi XVIII turda səfərdə "Kalyari"ni 3:0 hesabı ilə üstələyib.

Ölkə çempionunun heyətində hesabı 53-cü dəqiqədə Alessandro Bastoni açıb. 71-ci dəqiqədə Lautaro Martinez fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu müəyyənləşdirib.

Cari mövsüm A Seriyasında 12-ci qələbəsini qazanan "İnter" turnir cədvəlində 40 xalla ilk sırada yer alıb. "Kalyari" isə 14 xalla 18-ci pillədə qərarlaşıb. /Report

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью