İnter də baş məşqçi vəzifəsinə iki namizəd

04.06.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Simone İnzaqinin ayrılmasından sonra "İnter"in baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşib.

QOL.az tatnmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Milan klubunu çalışdırmağa iki əsas namizəd var.

Bunlar Sesk Fabreqas və Roberto de Zerbidir. Fabreqas hazırda A seriyası təmsilçisi "Komo"nu çalışdırır və klubla 2028-ci ilin yayına qədər müqaviləsi var.

"Marsel"in çalışdırıcısı De Zerbinin isə Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, "İnter" ötən gün Simone İnzaqi ilə yolları ayırdığını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью