İnter də şok itki MİLLİNİN OYUNLARINI QAÇIRACAQ

15.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“İnter” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu bu səhər tibbi müayinədən keçib. Nəticələrə əsasən, Çalhanoğlunun sağ budunun adduktor əzələsində gərilmə aşkarlanıb.

“Sky Sport”un məlumatına görə, Çalhanoğlu “Roma” ilə oyunda forma geyinə bilməyəcək. Onun təxminən 3 həftəlik fasilədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Türkiyə millisinin kapitanının UEFA Millətlər Liqasında Fransa, İtaliya və Belçikaya qarşı keçirilməsi planlaşdırılan matçları da buraxacağı bildirilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir.

"Beşiktaş"ın matçı italiyalılara həvalə olunub Kloppla birlikdə Saneyə milli qapısı bağlanır Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...” Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью