İnter dən ani qərar

19.08.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İnter" "Atalanta"nın futbolçusu Ademola Luukmanı transfer etməklə bağlı fikrini dəyişib.

QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. "İnter" rəhbərliyi "Atalanta"ya və futbolçunun agentlərinə məlumat göndərərək, artıq Ademola Luukmanı transfer etmək istəmədiklərini bildiriblər.

Əvvəllər "İnter"ə keçmək arzusunu bildirən və buna görə məşqləri yarımçıq qoyan nigeriyalı, böyük ehtimalla karyerasını "Atalanta"da davam etdirəcək. Münaqişələrə və cərimə təhlükəsinə baxmayaraq, Luukman heyətə qayıtmağa hazırdır və A seriyasının ilk turunda Piza ilə qarşılaşmada meydana çıxa bilər.

Qeyd edək ki, Luukman daha əvvəl "Everton", "Fulhem", "Lester" və "Leyptsiq"də oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью