İnter dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya

11.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnter"in prezidenti Cüzeppe Marotta klubun çətin maliyyə vəziyyətində olduğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bu məlumatları təkzib edib:

"Bizim heç vaxt müflis olmaq riskimiz olmayıb. Tədarükçülərə və ya banklara ödənilməmiş borcumuz yoxdur. Əks-halda, komanda A Seriyasında qeydiyyatdan keçə bilməzdi. Biz bütün lazımi parametrlərə əməl edirik. Yoxsa, cərimələnərdik. Maaş və vergiləri mütəmadi olaraq vaxtında ödəyirik".

Qeyd edək ki, hazırda "İnter" İtaliya A seriyasının turnir cədvəlinə 68 xalla liderdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью