“İnter” Dumfrisin əvəzedicisini tapdı

11.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İtaliyanın “İnter” (Milan) klubu “Tottenhem”in və İngiltərə millisinin cinah müdafiəçisi Ced Spenslə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Milan təmsilçisi 26 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. İtaliyaya köçməkdə maraqlı olan oyunçunun transferi “Tottenhem”in qərarından asılı olacaq.

Spens ötən mövsümdə “mahmızlar”ın heyətində 44 matça çıxıb. O, həmçinin DÇ-2026-da İngiltərə seçməsinin keçirdiyi bütün 8 qarşılaşmada meydanda olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью